top
Sumqayıt Tibb Mərkəzi yerinə yetirilməyən iş və xidmətlərə görə vəsait ödəyib
01 avqust 2023, 07:06
- ↺ +

Sumqayıt Tibb Mərkəzi yerinə yetirilməyən iş və xidmətlərə görə vəsait ödəyib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Tibb Mərkəzində (STM) aparılmış auditlə 2021-2022-ci illər əhatə olunub. Sumqayıt24 bu haqda 31 iyul tarixində Apa.az-a istinadən xəbər verir.

Bu dövrdə Mərkəzin daxilolmaları 108,5 mln manat, xərcləri isə 107,6 mln manat təşkil edib. Həmçinin 13,7 mln manat dəyərində dərman, sarğı ləvazimatları və materialları mərkəzə əvəzsiz olaraq verilib.

Müvafiq göstəricilərin müqayisəsi icbari tibbi sığorta sisteminin tətbiqindən əvvəlki dövrdə daha çox xidmət təqdim edildiyini göstərir. Mərkəzin əhatəsində olan tibb müəssisələri üzrə ambulator və stasionar xidmət sayı 2019-cu ildə 2022-ci illə müqayisədə 2 dəfə çox olub. Göstərilmiş xidmət sayında azalma çarpayı sayının sabit qalması və ştat sayının təxminən 10,0% artımı şəraitində baş verib. Bu isə xəstəliklər üzrə statistika sisteminin əvvəlcədən hazırlanmaması ilə əlaqələndirilə bilər.

Qeyd olunmalıdır ki, 17 tibb müəssisəsini və 1 idarəetmə aparatını özündə birləşdirən STM-in tərkibində yalnız 7 xəstəxana icbari tibbi sığorta çərçivəsində dəyəri ödənilən xidmətlər göstərib. Həmin xidmətlər hesabına 2021-ci ildə 6,4 mln manat və 2022-ci ildə 13,7 mln manat məbləğində vəsait daxil olub. Bu vəsait həmin illər üçün saxlanma xərclərinin müvafiq olaraq 18,6%-ni və 33,6%-ni təşkil edib.

Mərkəzin sığorta sisteminə daxil olduğu 2021-ci ilin aprel ayından 2022-ci ilin sonunadək göstərilmiş 1.454.656 sayda xidmətin 32,1 mln manat dəyərinin ödənilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edilib. Agentlik 243.496 sayda xidmətin 5,1 mln manat dəyərinin ödənilməsindən imtina edib, qəbul olunmuş xidmətlərin dəyərinin isə yalnız 74,8%-i ödənilib.

Tibbi xidmətlərin göstərilməsi prosesində fəaliyyət, əsasən, dəyəri daha az olan xidmət istiqamətləri üzrə təşkil edilib, göstərilmiş xidmətlərin bir hissəsinin haqqının ödənilməsindən müxtəlif, o cümlədən texniki səbəblərdən imtina olunub. Lakin imtina səbəblərinin dəqiqləşdirilməsi və aradan qaldırılması, eləcə də bu istiqamətdə məsuliyyətin müəyyənləşdirilməsi üzrə tədbirlər həyata keçirilməyib. İmtina edilmiş xidmətlər üzrə dəyəri daha böyük olan xidmətlərin payı çox olub.

İcbari tibbi sığorta sisteminə daxil olmayan xidmətlər üzrə tariflərin TƏBİB tərəfindən müəyyənləşdirilməsinin gecikdirilməsi, eləcə də sığorta olunmayanlar üzrə göstərilmiş xidmətlər üzrə vəsaitin alınmaması potensial və faktiki gəlir arasında fərqin artmasına səbəb olub.

Mərkəzin kadr potensialı da fəaliyyətə tam uyğunlaşdırılmayıb, islahatlar prosesində çarpayı sayının 13 vahid artırılması fonunda ştat sayı 464,75 artırılıb. Ümumilikdə ştat sayının artımının əsas hissəsi funksional fəaliyyətlə məşğul olmayan qeyri-tibbi heyətin hesabına təmin edilib. Qeyri-tibbi heyətin sayının artımına və payının çox olmasına tibb müəssisələrinin mühafizəsi məqsədilə ştat sayının artımı, eləcə də bir sıra, o cümlədən rəhbər vəzifələr üzrə ştat sayının çox saxlanılması təsir göstərib. Bu amillər isə əməyin ödənişi ilə bağlı xərclərin də artımına gətirib çıxarıb.

Qeyd olunanlar, həmçinin mərkəz tərəfindən, xüsusilə qeyri-tibbi heyət üzrə vakant yerlərin tutulmasına diqqət yetirilməsi tibbi kadrların rasional idarə olunması və keyfiyyətli xidmətin təqdim edilməsində riskləri formalaşdırıb. Bununla yanaşı, gəlirlərin artırılması imkanlarının da genişlənməsinə şərait yaradılmayıb. Mərkəzin cəmi ştat sayı ümumi ştat sayının 10,5%-i, cəmi xərclərin təxminən 5,0%-i idarəetmə aparatı və mərkəzi mühasibatlığın payına düşüb.

Beləliklə də maliyyə və kadr resurslarının idarə olunmasına bu cür yanaşma xidmət göstərən tibb müəssisələrinin, son nəticədə isə tibbi sığorta sisteminin gələcək maliyyə dayanıqlılığına təsir edəcəyi ehtimallarını artırır.

Qeyd edilib ki, göstərilmiş xidmətlərə dair hesabatlılığın təmin olunmasında da bir sıra nöqsanlara yol verilib. İstifadə edilən elektron məlumat bazasının və təqdim olunan rəsmi statistik məlumatın göstəriciləri arasında uyğunsuzluq olub, mərkəz tərəfindən tətbiq edilən elektron sistemdə məlumatlara sonradan düzəliş və əlavələrin edilməsinin mümkün olması nəticəsində ilkin olaraq qeydiyyata alınmış məlumatlar sonradan dəyişdirilib.

STM-in fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlıdır. Yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi hallarına, həmçinin tələb olunan və faktiki təmin edilən mallar üzrə keyfiyyət göstəricilərində uyğunsuzluqlara yol verilməklə tibbi xidmətin göstərilməsi ilə bağlı maddi-texniki təminat potensialının tam istifadə olunmamasına və əlavə dövlət vəsaitinin istifadəsinə şərait yaradıb, eləcə də satınalmalara mənfi təsir göstərib. Belə ki, haqqı ödənilmiş tibbi cihaz və avadanlıqların tam təhvil verilməməsi hallarına yol verilib, eləcə də təmir işləri üzrə bağlanmış müqavilələr çərçivəsində görülməyən işlər üzrə vəsait icra edilib.

Nəzarət mexanizmlərinin tətbiq edilməməsi aktivlərin uçotunun düzgün aparılmaması, mühasibat uçotunun aparılması prinsiplərinin pozulması, eləcə də gəlir və xərclərlə bağlı hesablarda uyğunsuzluqlara səbəb olub. Qeyd edilənlər ümumilikdə maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində risk amillərini formalaşdırıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
Dünən, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
Dünən, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
Dünən, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
Dünən, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
Dünən, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
Dünən, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

Bütün xəbərlər
06 noyabr 2026, 19:30

Sarayın bu küçəsini yağışlı havada keçmək müşkülə çevrilir…

Bütün xəbərlər
06 noyabr 2026, 19:00

Sumqayıtda sakinləri narahat edən təhlükəli vəziyyət

İdman
06 noyabr 2026, 18:00

"Sumqayıt"ın 18 yaşlı futbolçusu milliyə çağırıldı

Bütün xəbərlər
06 noyabr 2026, 17:30

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Bütün xəbərlər
06 noyabr 2026, 17:00

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi - DETALLAR

İdman
06 noyabr 2026, 16:30

"Sumqayıt" doğma meydana qayıdır? - AÇIQLAMA

Bütün xəbərlər
06 noyabr 2026, 15:55

Sumqayıtda şənbə günü hava necə olacaq?

Bütün xəbərlər
06 noyabr 2026, 15:25

Sumqayıt kolleci "Zəfər Günü"nü belə qeyd etdi

Bütün xəbərlər
06 noyabr 2026, 15:19

Sumqayıtda şüşə emalına başlanılır - 70 yeni iş yeri yaradılacaq

Bütün xəbərlər
06 noyabr 2026, 14:55

Sumqayıtın körpü və tunelləri yağışlı mövsümə nə dərəcədə hazırdır?

Oxşar xəbərlər