Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru monitorinq keçirib. Sumqayıt24 bu haqda 31 avqust tarixində xəbər verir.
Direktor Səkinə Sadıxova Təcili Tibbi Yardım Xəstəxanasının şəraiti ilə tanış olub, personalla söhbət edib. O, təcili yardım şöbəsinin pasiyentlərə ilkin yardım göstərilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Növbədəki həkimlərlə söhbətlər aparılıb, xəstələrin vəziyyətləri ilə fərdi şəkildə maraqlanılıb.
Sonda isə Səkinə Sadıxova müvafiq tapşırıqlarını verib.