Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxova səhiyyə müəssisələrini ziyarət edib. Bu haqda 8 sentyabr tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Səkinə Sadıxova 2 nömrəli Xəstəxananın müvəqqəti fəaliyyət göstərdiyi Modul tipli korpusunda mövcud vəziyyətlə tanış olub. Ziyarət zamanı direktor Endokrinologiya, terapiya və göz xəstəlikləri şöbəsində olub. Xəstələrlə fərdi söhbət aparan S. Sadıxova göstərilən xidmətlərin səviyyəsi ilə maraqlanıb.
Bununla yanaşı, direktor 1 nömrəli Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə baş çəkib. Xəstəxananın baş həkimi Mətləb Musayev şöbədə müalicə alan xəstələr barəsində direktora geniş məlumat verib. S. Sadıxova xidmət keyfiyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.