Sumqayıt məktəbliləri inşa müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanıblar. Bu haqda 27 oktyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
“Zəfər yolu” mövzusunda inşa müsabiqəsinin final mərhələsinə 10 nəfər vəsiqə qazanıb. Onlardan 4-ü Sumqayıt tədris ocaqlarının şagirdləridir.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsini artırmaqdır.