Sumqayıt şəhəri və Saray qəsəbəsində fəaliyyət göstərən tədris ocaqları qrant müsabiqəsində iştirak ediblər. Bu haqda 1 avqust tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub. Nəticələrə əsasən, Sumqayıt və Saray ümumtəhsil məktəbləri üzrə 9 layihə qalib olub.
Həmin təhsil ocaqlarının siyahısını təqdim edirik:
[modula id="40017"]
Qeyd edək ki, qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə regional təhsil idarəsinə dəvət ediləcəklər.