Sumqayıt şəhəri üzrə Yeni Azərbaycan Partiyası (YAP) seçki qərargahının ilk iclası keçirilib. Bu haqda 19 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar təşkil olunan toplantıda YAP Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələri əsasında həyata keçiriləcək işlər müzakirə edilib. İclasda iştirak edən qərargah üzvləri arasında vəzifə bölgüsü aparılıb.