Yenilənib saat: 15:20
Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb
***
Bakı-Sumqayıt magistralında yolkənarı sahədə yanğın başlayıb.
Sumqayıt24 xəbər verir ki, hadisə yolun Ceyranbatan su anbarının yaxınlığından keçən hissəsində, açıq ərazidə baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.
Yanğının başvermə səbəbi bilinmir.