Sumqayıtda iqtisadi artım olub. Sumqayıt24 bu barədə 1 noyabr tarixində Report.az-a istinadən xəbər verir.
Yanvar-sentyabr aylarında 4 milyard 80 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur.
9 aylıq məhsul istehsalının 3 milyard 434,7 milyon manatlıq hissəsi sənaye sektorunun payına düşüb. Bu isə 2022-ci ildəki statistikanı 11,4% qabaqlayır.
Hesabat dövründə Sumqayıtda əsas kapitala 200 milyon manat vəsait qoyulub.