Sumqayıtda ümumi sahəsi 150 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evdə yanğın olub. Sumqayıt24 bu haqda 14 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nəticədə zirzəmidə 50 kv.m sahədə əşyalar, 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları, digər otaqda 1 ədəd mebel dəsti, 1 ədəd pəncərə çərçivəsi yanıb.
FHN-in əməkdaşları tərəfindən evin zirzəmisindən 30 və 50 litr həcmli 2 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Alovun qarşısı alınıb. Evin qalan hissəsi mühafizə olunub.