Sumqayıtda ailə günlərlə küçədə yaşayıb. Sumqayıt24 bu haqda 4 oktyabr tarixində ApaTV-yə istinadən xəbər verir.
Vətəndaş Samir Əliyev 5 azyaşlı uşağı və həyat yoldaşı ilə birgə 42-ci məhəllə, 11 saylı yataqxananın həyətində gecələyiblər. Onlar kirayə qaldıqları yerdən çıxarıldıqları üçün çarəsiz vəziyyətə düşüblər.
Məlumata görə, hazırda ailə H.Z. Tağıyev qəsəbəsindəki yataqxanaların birinə köçürülüb.