Sumqayıtda yaşıllığa zərər vurulub. Sumqayıt24 bu haqda 23 avqust tarixində Report.az-a istinadən xəbər verir.
Sumqayıt şəhərinin Cəfər Cabbarlı küçəsində ağacların kəsilməsi, 20 Yanvar küçəsində isə ağacların qanunsuz olaraq başqa əraziyə köçürülməsi faktları müəyyən olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaradır. Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.