Sumqayıtda mənzildə ərlə arvadın meyitləri aşkarlanıb. Sumqayıt24 bu haqda 18 avqust tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə 17 avqust 2-ci mikrorayon, bina 6/11-də baş verib. Meyitlər 84 yaşlı Aleksandr Mamontov və onun həyat yoldaşı, 82 yaşlı Lyubov Mamontovaya məxsusdur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı şəhər Prokurorluğunda araşdırma aparılır.