Pirotexniki vasitələrin satışı ilə məşğul olan Sumqayıt sakini saxlanılıb. Bu haqda 19 dekabr tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində partlayıcı, tezalışan maddələrin satışını həyata keçirən şəhər sakini saxlanılıb.
Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə tapılıb.
Faktla bağlı araşdırma aparılır.