Sumqayıtda “Mercedes” markalı minik avtomobili yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə şəhərin 1-ci məhəlləsində baş verib. Əraziyə yanğınsöndürənlər cəlb ediliblər. Nəticədə vətəndaşa məxsus avtomobilinin mühərrik hissəsində baş verən yanğın qısa müddətdə söndürülüb. Nəqliyyat vasitəsinin böyük hissəsi alovdan mühafizə olunub.
https://youtu.be/qFstCfJZyss?si=ZXroT-kf-TXEDLB_