Sumqayıtda orta yaşlı kişini avtomobil vurub. Bu haqda 27 aprel tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Qəza Azərbaycan prospektində qeydə alınıb. "Toyota Prius" markalı avtomobil tüfeyli həyat tərzi keçirən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.