Sumqayıtda “Azərbaycan qadınlarının cəmiyyətdə rolu” mövzusunda tədbir keçirilib. Bu haqda 5 oktyabr tarixində Sumqayıt24 məlumat verir.
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan toplantıda icra başçısının müavini Ülviyyə Müzəffərova, şəhid ailələri, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Çıxışlarda Azərbaycan qadınların yüzillər boyu formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı qoruyucusu və dayağı olduğu bildirilib.
Yığıncağın sonunda Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edən videoçarx təqdim olunub.