Sumqayıt şəhərində uşaq mənzildə bağlı qapı arxasında qalıb. Sumqayıt24 bu haqda 12 oktyabr tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə gecə saatlarında hadisə ilə bağlı məlumat daxil olub. Qurumun Sumqayıt Regional Mərkəzinin əməkdaşları dərhal çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış uşaq xilas edilib.