Sumqayıtda xilasedicilər uşağın köməyinə çatıblar. Sumqayıt24 bu haqda 6 noyabr tarixində xəbər verir.
Hadisə noyabrın 5-də baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat verilib. Qurumun Sumqayıt Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın təhlükəsizliyi təmin edilib.