Müəllim Samin Qocayevin ölüm səbəbi məlum olub. Sumqayıt24 bu haqda 23 sentyabr tarixində Xeberle.com-a istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetinin 37 yaşlı tarix müəllimi sentyabrın 22-də səhər saatlarında dünyasını dəyişib. Onun ölüm səbəbi kimi qəfil ürəktutma göstərilir.
Qeyd edək ki, Samin Qocayev 2014-cü ildən universitetdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa tarixi kafedrasında baş müəllim vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!