Sumqayıtda birmərtəbəli evdə yanğın baş verib. Bu haqda 14 oktyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə nəticəsində ümumi sahəsi 180 kv.m. olan 3 otaqlı mansard tipli evin yanar konstruksiyaları kül olub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov söndürülüb.