Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən çayxanada yanğın baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə ümumi sahəsi 200 kv.m olan birmərtəbəli obyektin mətbəxində qeydə alınıb. Çağırış üzrə cəlb olunan yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş verən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.