Sumqayıtda qəzalı vəziyyətdə olan dayanacaq “təmir olunub”.
Xəbər verdiyimiz kimi, 20 Yanvar küçəsində, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin yaxınlığında yerləşən dayanacağın dirəyi qoparaq asılı vəziyyətdə qalmışdı. Aidiyyəti qurumlar dirəyi armatur parçasına bağlamaqla məsələni həll etməyə çalışsalar da, konstruksiya o qədər də etibarlı görünmür.
Sumqayit24.az-a müraciət edən sakinlər, dirəyin yenidən qopacağından, onları zədələyəcəyindən qorxurlar.