Sumqayıtda "Ədəbi Ovqat" jurnalının təqdimatı keçirilib. Bu haqda 28 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Poeziya Evində təşkil olunub. Sumqayıtda yaşayan AYB üzvlərinin əsərlərindən ibarət jurnalda xeyli ustadın və istedadlı qələm sahibinin yazıları çap edilib.
Layihə AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə ərsəyə gəlib.