Sumqayıtda fəaliyyət göstərən şirkətlər qeyri-dövlət və dövlətə məxsus olan ixracatçı subyektlərin reytinqində ilk onluğa daxil ediliblər. Sumqayıt24 bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
“İxrac İcmalı” jurnalının 2022-ci ilin avqust ayı üzrə cədvəlində “SOCAR Polymer” MMC dövlətə məxsus şirkətlərin siyahısında ikinci, “STP Alüminium” MMC isə qeyri-dövlət ixracatçı subyektləri arasında üçüncü yerdə qərarlaşıb.