Sumqayıtda 32 yaşlı kişi aşırı dozada narkotik istifadə etdiyindən ölüb. Bu haqda 25 oktyabr tarixində Sumqayıt24 Oxu.az-a istinadən məlumat verir.
Hadisə səhər saatlarında S. Vurğun küçəsi, 45 ünvanında qeydə alınıb. Xəlifə Abdullayev narkotik vasitəni artıq dozada qəbul edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən X.Abdullayev hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.