Sumqayıt şəhərində dezinfeksiya və deratizasiya tədbirləri həyata keçirilib. Bu haqda 9 avqust tarixində Sumqayıt24 Dünya TV-yə istinadən məlumat verir.
Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən bütün çoxmərtəbəli binalar, park və xiyabanlar, eləcə də iaşə obyektləri dezinfeksiya olunub.
Havanın temperaturu yüksəldikcə ziyanverici həşəratlar və gəmiricilərin sürətlə çoxalması səbəbindən deratizasiya prosesi yay mövsümü boyunca davam edəcək.