Sumqayıt Gömrük İdarəsində gömrük təmsilçiləri ilə görüş keçirilib. Sumqayıt24 bu haqda 7 sentyabr tarixində xəbər verir.
Görüş zamanı gömrük sistemində aparılan təkmilləşdirilmələr, yeniliklər, gömrük inzibatçılığı və gömrük rəsmiləşdirilməsi sahəsində görülən işlər, həmçinin həyata keçirilmiş və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr müzakirə edilib.
Sonda gömrük təmsilçilərinin təklifləri dinlənilib, onların sualları cavablandırılıb.