Milli Hidrometeorologiya Xidməti hava şəraitini açıqlayıb. Sumqayıt24 bu haqda 4 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Qurumun saat 09:00-a olan məlumatına əsasən, Sumqayıtda dumanlı hava müşahidə olunub. Bu səbəbdən görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.