Sabahın hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, noyabrın 14-də Sumqayıtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Temperatur gecə 8-10°, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm-ə enəcək. Nisbi rütubət gecə və gündüz 65-75% təşkil edəcək.