Sumqayıtda yanğın hadisəsi baş verib.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, 6-cı mikrorayon ərazisində hərəkətdə olan "Qazel" markalı yük maşınında qəfil yanğın başlayıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovu qısa vaxt ərzində söndürüb, ətrafda olan digər nəqliyyat vasitələrini təhlükədən qoruyublar.
Araşdırma aparılır, yanğının səbəbi müəyyənləşdirilir.