“Technest University” proqramının Sumqayıt üzrə 64 məzunu ən müasir İKT bacarıqlarına yiyələnib. Sumqayıt24 bu haqda 2 oktyabr tarixində xəbər verir.
Sözügedən proqram region universitetlərini əhatə edir. Dərslər "Code Academy" tədris mərkəzi tərəfindən həyata keçirilir. Əsas məqsəd regionların inkişafına, eləcə də region universitetlərində tələbələrin tələbatlı kadra çevrilmələrinə dəstək olmaqdır.
Sumqayıt Dövlət Universitetində baş tutan buraxılış mərasimində “Web Programming Essentials” və “IT Helpdesk” ixtisaslaşmaları üzrə məzunlara müvəffəqiyyət sertifikatları paylanılıb.