Sumqayıt şəhərində təmizlik aksiyası keçirilib. Bu haqda 10 avqust tarixində Sumqayıt24 Dünya TV-yə istinadən məlumat verir.
İməcilik aksiyası MKTİB-nin təmizlik departamenti tərəfindən icra olunub. Əməkdaşlar şəhərin müxtəlif küçə və prospektləri, eləcə də sahilboyu zolağını məişət tullantılarından təmizləyiblər. Yığılan tullantıların daşınması təmin olunub.