Sumqayıtda vətəndaş özünü dənizə atıb. Bu barədə 16 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Hadisə dənizkənarı bulvarda (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) baş verib. FHN-in Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində həmin şəxs xilas edilərək aidiyyəti üzrə təhvil verilib.