Güclü külək Sumqayıtda bir sıra fəsadlar törədib. Sumqayıt24 bu haqda 10 oktyabr tarixində Report.az-a istinadən xəbər verir.
Külək şəhərin 6, 8 və 9-cu mikrorayonlarında, 14 və 42-ci məhəllələrində, Lüdviqshafen parkında irigövdəli ağacları kökündən qopararaq aşırıb. Hətta ağaclardan biri parklanmış avtomobilin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsi zərər görüb.