Sumqayıtda son 15 gün ərzində itkin düşənlərin sayı artıb. Bu haqda 1 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Bu müddət ərzində müxtəlif yaş kateqoriyalarından olan 10 vətəndaş itkin düşüb. Bəzən bir gün ərzində bir neçə şəxs itir. Onların arasında yeniyetmə və gənclər çoxluq təşkil edirlər.