Sumqayıt Dövlət Dram Teatrında "Kimdir müqəssir" lirik-psixoloji komediyasına daxili baxış keçirilib. Bu barədə 1 oktyabr tarixində teatra istinadən xəbər veririk.
Əbdürrəhim bəy Haqverdiyevin vodevili əsasında hazırlanmış komediyanın quruluşçu rejissoru Fuad Kazımov, quruluşu rəssamı Nizami Dadaşov, musiqi tərtibatşısı Telman Qəniyevdir.
Birinci heyətdə Dağlar Rüstəmov, Vəfa Qurbanova, ikinci heyətdə isə gənclər: Elay Xasiyev və Məryəm Hüseynlı oynayırlar. Quruluşçu rejissor tərəfindən əlavə olunmuş şeytanı Elmir Mehdiyev canlandırır.
Daxili baxışdan sonra teatrın direktoru, Əməkdar artist Vidadi Məmmədov yaradıcı heyəti təbrik edib, maraqlı rejissor yozumundan danışıb.
Sonda teatrın baş rejissoru, respublikanın Xalq artisti Firudin Məhərrəmov cəsarətli rejissor işini, maraqlı tapıntıları alqışlayıb. Bununla belə rejissor işində, aktyorların oyun prinsipində, bədii və musiqi tərtibatında gözə çarpan çatışmazlıqları da göstərib.