Sumqayıtda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” adlı dəyirmi masa keçirilib. Sumqayıt24 bu haqda 8 noyabr tarixində xəbər verir.
Tədbir Heydər Əliyev Mərkəzi və Şəhər Mədəniyyət Evi tərəfindən 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar təşkil olunub.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni mərhələ açdığını bildirib.
Çıxış edənlər – 15 saylı məktəbin tarix müəllimi Ziya Şirinov, Heydər Əliyev Mərkəzinin Fond müdiri Fatimə Tanrıverdiyeva Konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, qarşılıqlı münasibətlərin qurulmasında əsas vasitə olduğunu vurğulayıblar.
Sonda mövzuya aid videoçarx nümayiş olunub. 26 saylı məktəbin 4a sinif şagirdlərinin çıxışları, hüquq və vəzifələri haqqındakı fikirləri maraqla dinlənilib.