top
Sumqayıtda Kristal Abşeronun binasında qarajı su basıb
22 noyabr 2024, 07:15
- ↺ +

Sumqayıtda "Kristal Abşeron"un binasında qarajı su basıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Kristal Abşeron"un tikdiyi binada qaraj suyun içindədir. Maşınlar suyun içində park edilir. Artıq 3 ildir qarajda bu vəziyyət hökm sürür. 16 mərtəbəli bina təhlükə altındadır. Dəfələrlə şikayət edilsə də, tədbir görən yoxdur".

Bunu Bakupost.az-a "Kristal Abşeron"un Sumqayıtda, 9-cu mikrorayon, Sərvər Bədəlbəyli küçəsi, 4 ünvandakı binasında yaşayan sakinlər bildiriblər.

Onların sözlərinə görə, qarajları su basması vaxtilə tikinti işlərinin keyfiyyətsiz aparılması ilə bağlıdır. Yaranmış vəziyyət isə binanın təhlükəsizliyi üçün problem yaradır:

"Qaraja girirsən, döşəmə tamam suyun içindədir, divarlardan isə sanki çeşmə axır. Yağışlı günlərdə isə vəziyyət daha da bərbad olur. Heç kim də səsini çıxarmır. Hər ay 40 manat ödəniş edirik. Binaya cavabdeh olanlar isə heç bir tədbir görmür. Elə bil orada sadəcə, maaş almaq üçün oturublar. Mənzil haqqını da qaldırıblar”.

Binanın komendantı Elbrus Salamov isə açıqlamada sakinlərin iddialarını təkzib edib. O bildirib ki, problem əsasən, kanalizasiya xətlərinə atılan salfet və digər tullantılardan qaynaqlanır:

"Bu binanın özülü çox möhkəmdir. Zəlzələyə də davamlıdır. Divardakı mənzərə yağış suları ilə bağlı olsa da, bu, çox yerdə olmur. Sakinlər qərəzlidir. Bir-iki yerdən su axır, onunla da bağlı tədbirlər görürük. Yerdəki su isə bu yaxınlarda bir evdə kanalizasiya borusu partladığı üçün yığılıb. Bu, həmin sakinin öz günahıdır. Salfet və uşaq bezi atırlar, borular tutulur. Kənardan adi bir şey kimi görünsə də, salfetlər boruda şişir və suyu keçilməz edir. Biz mütəmadi olaraq təmizləyirik. İstənilən santexnikdən soruşsanız, kanalizasiya xətlərinin tutulma səbəbinin birinci növbədə salfetlə bağlı olduğunu deyəcək. 2 ildir burada işləyirəm. Əvvəlki borular torpağın altında idi və çürümüşdü. 12 minə yaxın xərc çəkdik, yen borular qoyuldu və sızıntının qarşısı alındı. Biz buradakı problemlərə etinasız yanaşmırıq"

Komendant əlavə edib ki, qurunt sularını idarə etmək üçün ərazidə quyu düzəldilib:

"Qurunt suları ora yığılır və motorla kanalizasiyaya vurulur. Fəhləmə deyirəm ki, 3-5 gündən bir get ora bax. Oranı açaq, salfetləri gözünüzlə görün. 645 sakinin 545-ni çıxsaq, 100 nəfərin hərəsinin evində 1 uşaq var. Elə bu bəs edir. Elanlar yazıb yapışdırmışam, faydası yoxdur".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
04 noyabr 2026, 17:45

Sumqayıtlılar tullantı verib ting ala biləcəklər

Bütün xəbərlər
04 noyabr 2026, 17:15

SDU-da hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - REKTOR AÇIQLADI

Bütün xəbərlər
04 noyabr 2026, 16:45

Sumqayıtda küçə problemi: yağış yağanda gölməçə, gecə düşəndə zülmət

Bütün xəbərlər
04 noyabr 2026, 16:43

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində çalışacaq

Oxşar xəbərlər