Sumqayıt Gənclər Evində maarifləndirici tədbir baş tutub. Bu haqda 22 avqust tarixində Sumqayıt24 xəbər verir.
Təlim Sumqayıt Qadın Resurs Mərkəzinin əməkdaşları tərəfindən keçirilib. Mərkəzin gənc qız üzvləri və könüllüləri məişət zorakılığı və ondan qorunma vasitələri haqqında məlumatlandırılıb. Seminar istirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.