Sumqayıtda uşaq mənzildə köməksiz qalıb. Bu haqda 2 sentyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in qaynar xəttinə uşağın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Hadisə yerinə xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.