Sumqayıt şəhəri, Niyazi küçəsində kütləvi dava olub. Bu haqda 11 noyabr tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
10-a yaxın naməlum şəxsin meyvə-tərəvəz alveri ilə məşğul olan Qərib adlı şəxslə mübahisəsi düşüb. Hadisə zamanı naməlum şəxslər satıcıya ağır bədən xəsarətləri yetiriblər.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Hadisə iştirakçıları 1-ci Polis bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.