Sumqayıtda erkən nikaha daxil olanların sayı məlum olub. Sumqayıt24 bu haqda 11 oktyabr tarixində xəbər verir.
Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, nikah yaşı həm oğlanlar, həm də qızlar üçün 18 müəyyən edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində Sumqayıt şəhərində 17 yaşda rəsmi nikaha cəmi 1 nəfər daxil olub.
Bu cür hallar ən çox Şəmkir rayonunda qeydə alınıb. Burada 2022-ci il ərzində həmin yaşda 18 nəfərin rəsmi nikahı qeydə alınıb.