Sumqayıtda tikinti materialları bazarında yanğın olub. Sumqayıt24 bu haqda 16 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə 15 dekabr axşam saatlarında baş verib. Ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı obyektin iki otağının dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.
Obyektin qalan hissəsi, yaxınlıqdakı taxta materialları və digər obyektlər mühafizə olunub. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.