Sumqayıtda həyətyanı ərazidə yanğın olub. Sumqayıt24 bu haqda 16 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə 15 oktyabr gecə saatlarında baş verib. Ərazidəki 84 ton ot bağlaması və 40 p.m elektrik kabeli yanıb. Yaxınlıqdakı tikililər mühafizə olunub. FHN-in əməkdaşları tərəfindən alovun qarşısı alınıb.