Sumqayıt şəhərində muzdlu işçilərin orta aylıq əməkhaqqısı artıb. Bu haqda 16 avqust tarixində Sumqayıt24 Banker.az-a istinadən məlumat verir.
Cari ilin yanvar-iyun aylarında ölkə üzrə işçilərin orta aylıq nominal əməkhaqqısı ötən ilin müvafiq dövrünə nisbətən 11,5 faiz artaraq 921,9 manata çatıb. Sumqayıt siyahıda 816,4 manat göstərici ilə 4-cü yerdə qərarlaşıb.
Siyahıya əsasən, ilk üçlükdə müvafiq olaraq Bakı (1.177 AZN), Daşkəsən (914 AZN) və Gədəbəy (817 AZN) yer alıb.