Sumqayıtda mağaza yarılıb. Sumqayıt24 bu barədə 18 oktyabr tarixində xəbər verir.
Hadisə oktyabrın 17-də gecə saatlarında baş verib. Naməlum şəxs oyuncaq mağazasının şüşədən olan fasadını qıraraq içəri daxil olub. O, tələsik bir neçə məhsulu oğurlayaraq ərazidən uzaqlaşıb. Bütün baş verənlər isə təhlükəsizlik kameralarına tuş gəlib.