Sumqayıt avtobusunda insident yaşanıb. Sumqayıt24 bu haqda 26 oktyabr tarixində xəbər verir.
Hadisə 7 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda baş verib. Naməlum kişi yanında əyləşmiş sərnişin qadına tanışlıq məqsədilə nömrə vermək istəyib. O, nömrəsini telefonda yazaraq ekranı xanıma tərəf döndərib. Cavabında isə kəskin etirazla qarşılaşıb.
Sosial şəbəkə istifadəçiləri həmin qadının şəhid yoldaşı olduğunu bildirirlər.