Sumqayıt şəhəri, Metallurq küçəsində radiaktiv maddə aşkarlanıb. Bu haqda 11 sentyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) xəbər verir.
Hadisə zavodlardan birinin ərazisində qeydə alınıb. Əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə dərhal FHN-in müvafiq qüvvələri cəlb olunub. Həmçinin aidiyyəti qurumlar məlumatlandırılıb.
FHN tərəfindən ətrafda müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əlavə məlumat veriləcək.