Sumqayıtda “Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib. Sumqayıt24 bu haqda 2 oktyabr tarixində xəbər verir.
Müsabiqə 18 nömrəli məktəbdə təşkil olunub. Seçim turunda Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin 90 nəfər XI sinif şagirdi iştirak edib.
Qeyd edək ki, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin 17-ci mövsümünün çəkilişlərində iştirak edəcəklər.