Sumqayıtda avtobusda yanğın olub. Sumqayıt24 bu haqda 2 avqust tarixində xəbər verir.
Hadisə 6-cı mikrorayonda baş verib. Məlumata görə, “İsuzu” markalı marşrut avtobusunun hərəkətdə olduğu zaman mühərrik hissəsi yanmağa başlayıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu genişlənməsinə, o cümlədən avtobusun digər hissələrinə keçməsinə imkan vermədən qısa müddətdə söndürüblər.
Yanğın zamanı xəsarət alan olmayıb.